Arif Hacılının anası vəfat etdi

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, vicdan məhbusu Arif Hacılının anası Zahidə xanım uzun sürən xəstəlikdən sonra vəfat edib. Qeyd edək ki, bir müddət əvvəl məhbus müsavatçı Arif Hacılı 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinə müraciət edərək anası ilə görüşünə şərait yaradılmasını istəmişdi. Anası son telefon danışığında Arif Hacılıya vəziyyətinin pis olduğunu, onu çox görmək istədiyini demiş və bunun üçün həbsxana rəhbərliyindən icazə almasını xahiş etmişdi.

Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, Arif Hacılının anasının dəfnində iştirakı üçün lazım olan sənədlər hazırlanaraq prezidentə müraciət olunub: “Biz gözləyirik ki, onu sabah dəfn mərasimində iştirak etmək üçün buraxsınlar”.

Allah rəhmət eləsin!