Yəməndə terrorla savaş davam edir

Yəmən inqilabı vətəndaş müharibəsindən qaça bilsə də, ölkədə inqilabı terrorla müharibə əvəz edib. Ölkənin cənubunda “Əl-Qaidə”nin əlində olan ərazilərin azad edilməsi üçün hökümət qoşunlarının keçirdiyi əməliyyatda 11 silahlı, 5 hökümət əsgəri öldürülüb. Aviasiya və artileriyya atəşi ilə aparılan döyüşlər  Caar şəhərinin ətrafında gedir. Ordu yerli əhalini müharibə zonasını tərk etməyə çağırıb. Qaçqınların verdiyi xəbərə görə, Caarda su və elektrik çatışmazlığı var. “Əl-Qaidə” silahlıları səngərlər qazır, zenit qurğuları yerləşdirir.

3 hərbçi və 3 silahlı “Əl-Qaidə”nin Zincibar şəhəri yaxınlığında hərbi maşın karvanına hücum zamanı öldürülüb. Yəmən höküməti şəhəri bütünlüklə nəzarətə götürdüklərini iddia edirlər.

azadliq.info.