Musa Rahimi həbs etmək istədilər

İmişlidə aclıq edən fəalın evi polis nəzarətindədir

İmişli sakini, dissident Musa Rahim bir müddət öncə İmişlidəki Mərkəzi uşaq baxçasının yerli mafiozların əlinə verilməsinə etiraz olaraq evində aclıq aksiyası keçirməyə başlamışdı. Yerli hakimiyyətin və polisin güclü təzyiqlərinə baxmayaraq, Musa Rahim ölkə ictimaiyyətinin diqqətini bu problemə cəlb edənə qədər aclıq aksiyasını dayandırmadı. Problem ictimailəşəndən sonra başladığı aksiyanı durdurdu.
Bu gün isə İmişli polisinin başda İcra başçısının birinci müavini Səfa Ağayevin qardaşı olan mayorunun rəhbərliyi ilə bir qrup əməkdaşı Musa Rahimin evinə gələrək onu naməlum istiqamətə aparmaq istəyib. Dissident ciddi müqavimət göstərib və polis istəyinə çata bilməyib. Musa Rahim Bildiri ki, hazırda evi polis nəzarətində saxlanılır və öznə qarşı təhlükənin sovuşmadığını düşünür.

İnformasiya şöbəsi