Həftəsonu Suriyada 108 nəfərin həyatını itirdiyi hücumdan sonra BMT və Ərəb Birliyinin xüsusi təmsilçisi Kofi Annan Dəməşqə gedib. O, Suriya prezidenti Bəşər Əsədlə gərgin bir müzakirələr edib. Annan Suriya hökümətini 6 maddəlik sülh planına əməl etməyə çağırıb. Rusiya isə Hula qəsəbəsində qətlə yetirilən 108 nəfərin ölümündə rəsmi Dəməşqi və müxalifətçiləri günahkar sayıb.
Rusiya Xarici İşlər naziri Segey Lavrov İngiltərə Xarici İşlər naziri ilə Moskvada keçirdiyi görüşdə Suriya mövzusunu müzakirə edib. Lavrov: “İki tərəfin də mülki vətəndaşların ölümündə günahkar olduğu vəziyyətlə qarşı-qarşıyıq” deyib.
azadliq.info