Norveç Helsinki Komitəsinin təmsilçiləri “Azadlıq”ın rəhbərliyi ilə görüşüb
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Norveç Helsinki Komitəsinin informasiya məsələləri üzrə məsləhətçisi Anders Nielsen və qurumun layihələr üzrə koordinatoru Olqa Şamşurla görüşüb.
Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, söz və mətbuat azadlığının durumu müzakirə olunub. R.Hacıyev qonaqlara ölkədəki real vəziyyətlə bağlı ətraflı məlumat verib və onların suallarını cavablandırıb: “Onları daha çox Azərbaycanda insan haqlarının durumu, eləcə də söz azadlığı sahəsində vəziyyət maraqlandırırdı. ”Azadlıq” qəzetinə xüsusi diqqət və maraq göstərdiklərini açıq şəkildə ifadə etdilər. “Azadlıq” qəzeti, eləcə də söz və mətbuat azadlığı ilə bağlı problemi Norveçdə hökumət nümayəndələri ilə müzakirə edəcəklərini, hökumətin bu məsələlərə xüsusi diqqət yetirməli olduğunu tövsiyə edəcəklərini bildirdilər”.
Gültəkin