Oqtay Şirəliyevin yerinə yeni kadr tapılıb

Səhiyyə naziri postuna Ilham Əliyevin yeni qudasının qardaşı gətirilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasınin həqiqi və müxbir üzvlüyünə seçkilərlə bağlı maraqlı xəbər almışıq. Məlumatda bildirilir ki, tibb sahəsi üzrə namizədlərdən professor  Fazil Qurbanov ölkə başçısı Ilham Əliyevin yeni qudası Aydın Qurbanovun qardaşıdır.
 Uzun illərdir Moskvada yaşayır, tibb sahəsindən uzaqlaşıb, bizneslə məşğul olur. Məlumatda deyilir ki, ən şanslı namizəd də odur. Daha doğrusu seçkilərdə onun qalib gəlməsi tapşırılıb. Bəzi ehtimallara görə isə Fazil Qurbanovun səhiyyə naziri Oqtay Şirəliyevin yerinə təyin edilməsi planı da var. Seçkilərdə Fazil Qurbanovun ən güclü rəqibinin Əlişir Musayev olduğu deyilir. Məlumatlara görə, keçən seçkilərdə Əlişir Musayev akademik seçilibmiş, lakin sonradan nəticələr dəyişdirilib. Tibb sahəsi üzrə digər namizədlər isə Vaqif Şadlinski, Vaqif Verdiyev və Şakir Musayevdir.