ABŞ dövlət katibi Hillari Klinton Vaşinqtonda bəyanatla çıxış edərək prezident Barak Obama və ABŞ xalqı adından Respublika Günü ilə bağlı Azərbaycan xalqına xoş arzularını çatdırıb. Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, dövlət katibi
bir neçə gündən sonra Bakıya edəcəyi səfərə ümid bəslədiyini bildirib: “Burada biz, vətəndaş cəmiyyəti və hökumət nümayəndələri ilə Azərbaycanın qarşılaşdığı çətinliklər və imkanlar, Birləşmiş Ştatların hər iki xalqın daha işıqlı gələcəyini necə dəstəkləyə biləcəyi barədə söhbət edəcəyik. Biz bölgədə təhlükəsizliyin və sabitliyin təmin edilməsi, enerji təhlükəsizliyinin genişləndirilməsi, iqtisadi və siyasi islahatların gücləndirilməsi üzrə tərəfdaşlığın yeni yollarını müzakirə edəcəyik. Siz, milli gününüzü qeyd edərkən bilin ki, ABŞ sizinlədir. Sizi təbrik edir, sizə əmin-amanlıq və rifah dolu illər arzu edirik”.
Klinton xalqımıza: “ABŞ sizinlədir”
•