Mayın 26-sı gecə 26 ölkə təmsilçisi arasından «Eurovision» Mahnı Müsabiqəsi 2012-nin qalibi seçiləcək. Finalda ilk olaraq səhnəyə Böyük Britaniya təmsilçisi Engelbert Humperdinck çıxacaq. Onun ifa etdiyi mahnı «Love Will Set You Free» adlanır.
Azərbaycan 13-cü nömrə altında çıxış edəcək. Səbinə Babayeva «When the music dies» mahnısını oxuyacaq.
Eurovision.az saytı bildirir ki, Bakı vaxtı ilə gecə saat 00.00-da «Eurovision 2012» Mahnı Müsabiqəsinin final şousunun açılışında qonaqlar atəşfəşanlıqla qarşılanacaq. Şouda balabanın səsi ilə muğamat sintez olunacaq. Səhnədəki muğamı Alim Qasımov ifa edəcək. Daha sonra səhnəyə milli rəqqaslar və «Natiq» ritm qrupu çıxacaq.
Final mərhələsinin interval şousunda isə müğənni-bəstəkar Emin Ağalarov oxuyacaq, onu səhnədə 68 nəfərlik heyət, eləcə də Azərbaycan Kamera Orkestrinin 15 qadın skripkaçısı müşayiət edəcək.
«Eurovision 2012»nin final günü səhnəyə çıxacaq ifaçıların ardıcıllığı belədir:
1. Böyük Britaniya Engelbert Humperdinck «Love Will Set You Free»
2. Macarıstan «Compact Disco»qrupu «Sound Of Our Herarts»
3. Albaniya Rona Nishliu «Suus»
4. Litva Donny Montel «Love is Blin»
5. Bosniya və Hersoqovina Maya Sar «Korake Ti Znam»
6. Rusiya «Buranovskiye babuşki» «Party for everbody»
7. İslandiya Greta Salome & Jonsi dueti «Mundu Eftir Mer»
8. Kipr İvi Adamou «La La Love»
9. Fransa Anggun «Echo» ( You and I)
10. İtaliya Nina Zilli «Per Sempre»
11. Estoniya Ott Leplan «Kuula»
12. Norveç Tooji «Stay»
13. Azərbaycan Səbinə Babayeva «When the music dies»
14. Rumıniya «Mandinga» «Zaleilah»
15. Danimarka Soluna Samay «Sholuld ve Known Better»
16. Yunanıstan Eleftheria Eleftheriou «Aphrodisiac»
17. İsveç Loreen «Euphoria»
18. Türkiyə Can Bonomo «Love me back»
19. İspaniya Pastora Soler «Quedate Conmingo»
20. Almaniya «Roman Lob» Standing Still»
21. Malta Kurt Kalleja «This is night»
22. Makedoniya Kaliop «Crno E Belo»
23. İrlandiya «Jedwerd» «Waterline»
24. Serbiya Željko Joksimović «Nije ljubav stvar»
25. Ukrayna Gaitana «Be me Guest»
26. Moldova Pasha Parfeny «Lautar»