Partlayıcı olan maşın polis idasənin qarşısında partadılıb
Bu gün səhər saatlarında Türkiyədə növbəti bombalı hücum qeydə alınıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, partlayış Kayseri şəhərində qeydə alınıb. Pınarbaşı bölgəsinin Polis İdarəsinin qarşısında partlayıcı yüklü maşın partladılıb. Nəticədə iki polis şəhid olub, 18 nəfər isə yaralanıb.
Daxili işlər naziri İdris Naim Şahin ilkin hədəfin polis idarəsinin qarşısı olmadığını bildirib: “Polisin izləməsi nəticəsində partlayış orda baş verib. Maşının içərisində iki kamikadze olub”.
Terrorçular qapıdakı polisin dayan əmrinə tabe olmayıblar. Polislər atəş açmağa başlayanda isə terrorçular son bir cəhdlə maşını partladıblar. İnsidentdə 3 terrorçu məhv edilib.