Aclıq aksiyasına daha 2 nəfər qoşuldu

Müxalif fəalların siyasi məhbuslara azadlıq, demokratiya, azad seçki, korrupsiyaya son verilməsi tələbləri ilə Müsavat Partiyasının mərkəzi qərargahında keçirdiyi aclıq aksiyasına mayın 25-də müsavatçılar Hüseyn Məlik və Aydın  Acallı qoşulublar. Məlumatı “Media forum” saytına Müsavat başqanının müavini Gülağa Aslanlı verib.

Sabiq baş nazir Pənah Hüseyn, vicdan məhbusu Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli, Müsavat fəalları Mübariz Hüseynov, Sərəncam İbrahimli, Mətanət İsmayılova, Xuraman Bağırova, Rəna Rəhmanova, məhbus siyasətçi Nemət Pənahlının qardaşı Səməd Pənahov və  qardaşı oğlu Pənah Pənahov, Qarabağ müharibəsi veteranları Mahar Cəfərzadə, Orxan Həsənov, Firudin Əhmədli, İsmayıl Əliyev, Kamal Əliyev və Əlövsət İsrafilov da hazırda aclıq edir.