ABŞ Senatının xarici işlər komitəsinə senator Ceyms İnxofun göndərdiyi qətnamə layihəsi daxil olub.
“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, qətnamə layihəsində Ukrayna prezidenti Viktor Yanukoviç, baş prokuror Viktor Pşonke və Yuliya Timoşenkonun həbsində əli olan məmurların ABŞ-a səfər etməsinə qadağan olunması cağırışı yer alıb.
Sənəddə həmçinin ATƏT-dən xahiş olunur ki, sabiq baş nazir azadlığıa çıxmayacağı təqdirdə 2013-cü ildə Ukraynanın bu qurumda sədrliyinə yol verilməsin.
ABŞ Senatının qətnaməsinə əsasən, həmçinin Dövlət Departamentini Ukraynadakı səfiri geri çağırmağa və Kiyevdə ABŞ-ın səfirliyinin fəaliyyətini dayandırmağa israrla çağırılır.
Sənəddə NATO-dan tələb olunur ki, Timoşenko azadlığa çıxanadək Ukrayna ilə hərbi sahədə bütün əməkdaşlıq sazişlərnin icrası dayandırılsın.