Türkiyəli voleybolçulardan Bakı ilə bağlı şok açıqlama

“Bakıda otelindən fahişələrə görə qaçdıq”

“Fənərbaxça”nın qadın voleybol komandasının Çempionlar Liqasından kənarda qaldığı xəbər verilmişdi.

Avropa Voleybol Konfederasiyası (CEV) bunun səbəblərindən biri kimi bu mövsüm ÇL-in Bakıda keçirilən “dördlər finalı”nda komandanın əvvəlcədən müəyyənləşdirilmiş oteldə qalmaqdan imtina etməsi göstərilmişdi.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Fənərbaxça”nın voleybol şöbəsinin rəhbəri Hakan Dinçay Bakıda otellə bağlı anlaşmazlıq yaşandığını təsdiqləyib. Lakin Dinçayın göstərdiyi səbəb hər kəsi təəccübləndirib: “Biz “Dördlər finalı”na iki gün qalmış menecerimiz Violet Dukanı oteldəki vəziyyəti öyrənməkçün Bakıya göndərdik. Duka bizə bildirdi ki, otel sanki fahişəlik üçün fəaliyyət göstərir. Buna rəğmən oteldə 1 gün qaldıq. Daha sonra oyunçularımız narahat olduğu üçün başqa otelə köçdük. Bunun cəzası bu qədər ağır olmalı deyil”.

Qeyd edək ki, ÇL-ə vəsiqə əldə edə bilməyən “Fənərbaxça” ötən mövsüm turnirin qalibi olub.