Bakıda dəhşətli hadisə: 6 nəfər özünü öldürdü

Mayın 23-də Bakı şəhərinin müxtəlif hissələrində 6 intihar hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Fatmayı qəsəbəsindəki “Muğan” istirahət mərkəzində Ağdam rayonunda məcburi köçkün, 1983-cü il təvəllüdlü Qəmbərov Natiq Zahid oğlu özünü asıb. Binəqədi rayonunun 3-cü mədən 106-cı korpus yaşayış sahəsində isə 1987-ci ildə anadan olmuş Adıgözəlov Ceyhun Xanlar oğlu özünü asaraq intihar edib. Binəqədi rayonunun Yanar dağ yaşayış massivində isə Füzuli rayonundan məcburi köçkün Bayraməli Sadıqov özünü asıb.

Digər intihar hadisəsi Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qeydə alınıb. AB yaşayış massivində 1997-ci il təvəllüdlü Əlizadə Nigar Telman qızı yaşadığı binanın 8-ci mərtəbəsinin eyvanından özünü atıb. 15 yaşlı qız hadisə yerində ölüb. Suraxanı rayon Yeni Günəşli qəsəbəsi E yaşayış massivində yaşayan 1959-cu il təvəllüdlü Əsgərova Tahirə İsmayıl qızı isə siçan zəhəri içib. Qadın xəstəxanada ölüb.

Xətai rayonunda da intihar hadisəsi qeydə alınıb. Orta məktəbdə müəllimə işləyən Naxçıvan sakini 1957-ci il təvəllüdlü Hüseynova Tərlanə Həsən qızı mənzilin qonaq otağından özün asıb. İlkin məlumata görə, 55 yaşlı qadın onkoloji xəstəlikdən əziyyət çəkirmiş və 5 dəfə əməliyyat olunub.