Sahib Kərimov məhkəməsində iştirak edəcək

Dünən Ali Məhkəmədə 2 aprel aksiyasına görə həbs edilən AXCP sədrinin müşaviri Sahib Kərimovun işi üzrə proses keçirilib.
Hakim Fərhad Kərimovun sədrliyi ilə keçən prosesdə S.Kərimovun məhkəməyə göndərdiyi ərizə müzakirə olunub. Həmin ərizədə vicdan məhbusu hakimdən işə onun iştirakı ilə baxılmasını xahiş edib. Hakim həm S.Kərimovun, həm də vəkilinin bu istəyini nəzərə alaraq ərizəyə müsbət cavab verib.
Vəkil Yavər Hüseynin sözlərinə görə, hakim işə iyun ayının 5-də S.Kərimovun iştirakı ilə baxacaq. Xatırladaq ki, S.Kərimov məhkəmənin hökmü ilə iki il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib.