Mayın 23-də İctimai Palatanın Koordinasiya Şurası yerli və əcnəbi jurnalistlər üçün mətbuat konfransı keçirəcək. Mətbuat konfransında ölkədəki ictimai siyasi durum, “Avrovizyon 2012” mahnı müsabiqəsi, aclıq aksiyası və vicdan məhbuslarının azadlığa buraxılması istiqamətdə İctimai Palatanın görəcəyi işlər barədə məlumat veriləcək.
Mətbuat konfransı saat 14:00-da Müsavat Partiyasının qərargahında – İctimai Palatanın Mətbuat Mərkəzində keçiriləcək.