Bu gecə ilk yarımfinaldır

Mayın 22-də «Eurovision-2012» Mahnı Müsabiqəsinin birinci yarımfinalı keçiriləcək. Yarımfinalda 18 ölkə yarışacaq. Fanların favorit saydığı Rusiya, İslandiya, Yunanıstan, Latviya, Danimarka, Rumıniya, İsrail, Kipr təmsilçiləri də bu qrupda yarışır.

Yarışma Bakı vaxtı ilə gecə saat 12-də başlayır. İlk olaraq Monteneqro təmsilçisi –  Rambo Amadeus çıxış edəcək. O, «Euro Neuro» mahnısını təqdim edəcək.

Daha sonra isə İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova, İrlandiya çıxış edəcək.

Eurovision.az saytı xəbər verir ki, birinci yarımfinalının başlanğıcında Bakı gecələrinin, o cümlədən «Baku Crystall Hall»un görüntüsü təqdim olunacaq.

Növbəti yarımfinal mayın 24-də keçiriləcək. Final isə mayın 26-dır.

Qaydalara görə, ötən ilin qalibi olan Azərbaycan birbaşa finalda çıxış edəcək. Azərbaycanı Səbinə Babayeva «When The Music Dies» mahnısı ilə təmsil edəcək.