Türkiyənin Bakıdakı ilk səfiri vəfat etdi; AXCP sədri başsağlığı verdi

Türkiyənin Azərbaycandakı ilk səfiri Ilhami Altan Karamanoğlu mayın 18-də vəfat edib. AXCP sədri Əli Kərimli bununla əlaqədar başsağlığı verib.
“Müstəqillik elan olunduqdan sonra Azərbaycanda Türkiyənin və dünyanın ilk səfiri kimi fəaliyyət göstərən Karamanoğlu hər zaman öz fəaliyyətində iki dövlət arasındakı milli və mədəni yaxınlığı, qan qardaşlığını göz önündə tutmuş, Azərbaycanın müstəqilliyi və demokratikləşməsi üçün əlindən gələni etmişdir. Belə bir diplomatın və həqiqi türk sevdalısının itirilməsindən kədərlənir, başda Türkiyə xalqı və dövləti olmaqla bütün türk dünyasına başsağlığı verirəm. Hər zaman Türkiyəni şərəflə təmsil edən diplomatların olacağı inamı ilə Altan Karamanoğlunu bir daha qürurla anır və ruhuna Tanrıdan rəhmət diləyirəm. Başımız sağ olsun”, deyə Əli Kərimli kədərini ifadə edib.