“Eurovision”un açılışı oldu (VİDEO)

Mayın 19-da “Eurovision” mahnı müsabiqəsi 2012-nin rəsmi açılış mərasimi keçirilib. “EuroClub”dakı təntənəli açılış mərasimində 57-ci “Eurovision” mahnı müsabiqəsi 2012-də təmsil olunan 42 ölkənin nümayəndə heyətləri “qırmızı xalı”dan keçərək zala daxil olub.

Bununla da Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision” mahnı müsabiqəsi rəsmən start götürüb.

Sonda açılışla əlaqədar atəşfəşanlıq təşkil edilib.