Mayın 19-da «EuroClub»da «Eurovision-2012» mahnı yarışmasının rəsmi açılışı olub
Müsabiqə iştirakçıları qırmızı xalı üzərindən keçiblər. Onları «Eurovision 2011»-in qalibləri Eldar Qasımovla Nigar Camal, bu ilki şounun aparıcıları Leyla və Nərgiz qarşılayıb.
Gecədə «Eurovision-2011» müsabiqəsinin qalibləri Eldar və Nigar «Running scared» mahnısını oxuyublar. Bundan sonrasa 2009-cu ildə qalib olan Aleksandr Rıbak çıxış edib.
Daha sonra isə müsabiqənin builki iştirakçılarına növbə çatıb. Onlar yarışmaya gətirdikləri mahnılarını ifa ediblər.
Açılış mərasimi səhərə kimi diskoteka ilə davam edib.
Açılışla bağlı fasilələrlə atəşfəşanlıq da olub.