Ombudsman Aparatının nümayəndələri Arif Hacılı ilə görüşüb

Bu gün Ombudsman Aparatının nümayəndələri vicdan məhbusu, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə görüşüblər. Görüşdə Ombudsman Aparatının  şöbə müdiri Vüqar Məhərrəmov  və aparatın əməkdaşı Əsədulla Əliyev iştirak edib.

Bu barədə İctimai Palatanın Mətbuat Mərkəzinə A.Hacılının vəkili  Nemət Kərimli  məlumat verib.

N.Kərimlinin sözlərinə görə, aparat nümayəndələri Arif Hacılının səhhəti və saxlanma şəraiti ilə  maraqlanıblar. Aparat nümayəndələri bildiriblər ki, onlar Ombudsman Elmira Süleymanovanın göstərişi əsasında cəzaçəkmə müəssisənə gəliblər.