Çempionlar Liqasının qalibi “Çelsi” oldu

2012-ci il Çempionlar Liqasının qalibi İngiltərənin “Çelsi” komandası oldu. Münhendə keçirilən final oyununda Londonun komandası yerli “Bavariya” komandası üzərində çətin qələbə qazandılar.

Oyunun əsas vaxtı 1:1 hesablı heçə-heçə ilə başa çatıb. Əvvəlcə “Bavariya”dan Tomas Müller 83-cü dəqiqədə baş zərbəsi ilə komandasını və azarkeşləri sevindirib. Lakin cəmi 6 dəqiqə sonra Didye Droqba elə baş zərbəsi ilə də “Bavariya”nın cavabını verib.

Əlavə yarım saatlıq hissədə isə komandalardan heç biri fərqlənə bilməyib. Üstəlik “Bavariya” 96-cı dəqiqədə qazandığı 11 metrlik cərimə zəribəsindən də yararlanmağı bacarmayıb. Aryen Robbenini vurduğu zərbəni “Çelsi”nin qapıçısı Peter Çex qaytarıb.

Oyunun qalibini penalti zərbələri ilə müəyyən etmək lazım gəlib. Penaltilərdə isə uğur “Çelsi”nin tərəfində olub. İngiltərə klubu dörd, “Bavariya” isə üç penalti zərbəsindən topu qapı toruna daxil edə bilib. Beləliklə, ümumi hesab 5:4 “Çelsi”nin xeyrinə olub və London komandası ilk dəfə Avropanın ən güclüsü titulunu qazanıb