Bu gün saat 16.30 radələrində Qobustan rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Bakı-Şamaxı yolunda, Qobustan rayonun Ceyrankeçməz kəndi ərazisində “Zil” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, minik avtomobilində olan 4 nəfər aldığı xəsarətdən ölüb.
Bakı-Şamaxı yolunda dəhşətli qəza: 4 ölü
•