14 may aksiyası “Euronews”da

Avropa kanalı İctimai Palatanın aksiyasını “Eurovision” fonunda həbslər” başlığıyla təqdim edib

Avropanın ən nüfuzlu televiziyası “Euronews” kanalı İctimai Palatanın mayın 14-də Bakının mərkəzində keçirdiyi etiraz aksiyası barədə reportaj yayımlayıb. Aksiyadan reportajda deyilir ki, bir qrup müxalifət fəalı “Azadlıq” tələbiylə Bakının mərkəzində aksiya keçirərəkən təhlükəsizlik qüvvələri dərhal onlara hücum edib, hakimiyyət əleyhdarları həbs olunaraq avtobuslara doldurulub.

“Euronews” aksiyada mülkiyyət hüquqlarının, siyasi məhbusların azad olunmasını, sərbəst toplaşmaq azadlığının bərpa edilməsinə dair tələblərin səsləndirildiyini bildirib. Kanal polisin dinc aksiya iştirakçlarına qarşı sərt şəkildə müdaxilə etməsini və onları saxlamasını xüsusi vurğulayıb. Xəbərdə “Eurovision” musiqi yarışması öncəsi Azərbaycanda insan haqlarının daha da məhdulaşdırıldığı, vətəndaşların konstitutsion azadlıqlarının pozulduğu bildirilir.