“Eurovision-2012”-də Səbinə Babayeva Alim Qasımovla birgə çıxış edəcək

Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımov “Eurovision-2012” təmsilçisi Səbinə Babayeva ilə birgə çıxış edəcək.

 “EuroGroup”dan APA-ya verilən məlumata görə, “Eurovision” mahnı müsabiqəsindəki təmsilçimiz Səbinə Babayevanın çıxışında yenilik var. Yeniliyə əsasən, Alim Qasımov Səbinə ilə birlikdə “Eurovision-2012”nin finalında çıxış edəcək.

Azərbaycanın “Eurovision-2012” təmsilçisi Səbinə Babayeva səhnədə Alim Qasımovla birgə çıxış etməsini özü üçün böyük şərəf adlandırıb: “Azərbaycanın ən böyük ifaçılarından biri ilə çıxış etmək mənim üçün böyük şərəfdir. “Eurovision” səhnəsini Alim Qasımvla bölüşdüyümə görə çox xoşbəxtəm. Əminəm ki, biz birlikdə möhtəşəm bir ifa yarada bilərik. Bu, bütün dünyaya bizim xüsusi musiqi mədəniyyətimi göstərmək üçün bir şansdır. Ümid edirəm ki bu, Azərbaycan üçün böyük bir məqam olacaq”.