Əbülfəz Qurbanlı “Amnesty İnternational”a danışdı

İctimai Palatanın 14 mayda Bakının mərkəzində keçirdiyi aksiya ilə bağlı AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı “Amnesty İnternational” təşkilatına məlumat verib. “Nümayişçilər sərbəst toplaşmaq azadlığının təmin olunması və siyasi məhbusların azad olunması tələbi ilə toplaşmışdı. Son aylar bəzi etiraz aksiyalarına icazə verilib. Ancaq Bakı şəhər icra hakimiyyəti şəhərin mərkəzi hissələrində mitinq keçirməyə icazə verməyərək, aksiyaları şəhərin ucqarlarına yönəldir”.

Əbülfəz Qurbanlı və daha 17 fəal baza erəsi keçirilən etiraz aksiyasında saxlanılmışdı. Onlar əvvəlcə Səbail rayonunun iki polis bölməsinə, daha sonra Qobustan qoruğuna aparılıb, orda buraxılmışdılar. 8 nəfərə yazılı xəbərdarlıq edilib. Polis həmçinin 10 qadın fəalı saxlayıb.

 Əbülfəz Qurbanlı “Amnesty İnternational” təşkilatına bildirib ki, polis nümayişçilərin dağıdılması üçün güc tətbiq edib. Onu həbs edərkən saçlarından dartışdıraraq vurublar.

azadliq.info