Bakıda polis serjantı damarlarını doğradı

41 yaşlı serjant ailəsi ilə vidalaşdıqdan sonra damarlarını doğrayıb

Mayın 14-də axşam saatlarında Bakıda polis nəfəri həyatına qəsd edib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, idarədə operator işləyən polis serjantı, 1970-ci il təvəllüdlü Əliyev İlqar Zeynal oğlu özünə bıçaqla çoxsaylı xəsarət yetirib. Məlumata görə, İ.Əliyev Yeni Suraxanı qəsəbəsindəki evində həyat yoldaşı və uşaqları ilə vidalaşıb. Daha sonra hamam otağına keçən polis burada qol, qarın nahiyəsinə bıçaq zərbələri endirib. O, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

İlkin məlumatda bildirilir ki, Suraxanı RPİ-də işləyən İ.Əliyev son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkib və özünə qapanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.