İsrail dinc nüvə proqramını da istəmir

İsrailin Müdafiə Naziri Ehud Barak rəsmi Tehranın dinc nüvə fəaliyyətinə də qarşı çıxıb. “İran Qərb tərəfindən qoyulan tələblərin hamısını qəbul etsə belə, bu çox azdır”. İsrailli nazir İranın bütün tələblərə əməl etdiyi halda, yenə də nüvə proqramını davam etdirmə imkanına malik olacağını bildirib.

Nüvə enerjisi almaq üçün minimal miqdar 3,5%-dir. İran isə tibbi sahəsində istifadə edilə biləcək miqdarda (20%) uranı zənginləşdirə bilib. Nüvə silahı əldə etmək üçün uranın 90% zənginləşdirilməsi tələb olunur.

23 mayda Bağdadda BMT-in 5 daimi üzvü, Almaniya və İranın iştirakı ilə keçiriləcək görüşdə İranın gələcək nüvə fəaliyyəti müzakirə ediləcək.

azadliq.info