Qırğız inqilabçıları veteran statusu istəyir

2010-cu ilin aprelində Qırğızıstan inqilabının iştirakçıları Böyük Vətən müharibəsinin veteranları ilə bərabər status istəyirlər. Tələbi inqilabı zamanı zədə alanları müdafiə edən “Aykol Ala-Too” təşkilatı irəli sürüb. “Bizi müharibə veteranlarına bərabər tutmalıdırlar. Biz öz vətənimizdə qanımızı axıtmışıq”.

2010-cu ildə Qırığızıstanda başlayan üsyan prezident Kurmanbek Bakiyevin devrilməsi ilə nəticələndi. 7 apreldə çoxsaylı hücumdan sonra üsyançılar hökümət binasını tuta bilmişdilər. Toqquşmalarda 70 nəfər həlak olmuşdu. Daha əvvəl inqilabın iştirakçıları medallarla mükafatlandırılmış, həlak olanların ailələri isə Bişkekdə mənzil almışdılar.

azadliq.info