Orta məktəblərdə XI və IX siniflər üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb. Bakıda təhsil alan XI sinif şagirdləri iyunun 2-də, IX sinif şagirdləri iyunun 3-də imtahan verəcəklər.
Bölgələr üzrə:
Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmazda iyunun 8-də;
Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Gədəbəy, Aqstafa, Qazax, Tovuzda iyunun 13-də;
Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab, Beyləqanda iyunun 18-də;
Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Biləsuvarda iyunun 29-da;
Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Ağdaşda iyulun 2-də
XI siniflər saat 10:00-da, IX siniflər saat 15:00-da imtahan verəcəklər (Lent.az).