ABŞ Timoşenkoya sahib çıxdı

“Timoşenko məsələsində ABŞ-ın mövqeyi dəyişilməz qalacaq” – bu barədə ABŞ-ın Ukraynadakı səfiri Con Teft və Dövlət Departamentinin demokratiya, insan haqları və əmək işləri üzrə müavini Tomas Meliya Timoşenko ilə görüşündən sonra deyib. Teft jurnalistlərlə brifinqdə: “Ən başdan mövqeyimiz bu olub ki, xanım Timoşenko və onun partiyadaşlarının siyasi təqibi yolverilməzdir. ABŞ-ın mövqeyi həmişə rəsmidir və qeydə alınır”.

Xarkov xəstəxanasında Yuliya Timoşenko ilə görüşən amerikalı nümayəndələr öz mövqelərini Ukrayna hökümət nümayəndələrinə də bildirəcəklər.  Nümayəndə heyəti Timoşenkoya xanım Klintonun salamını da çatdırıblar.

azadliq.info