ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) tədqiqatları ilə bağlı “YouTube”a yüklənmiş videolardan biri böyük qalmaqal yaradıb.
NASA-nın Günəş Tədqiqatları Rəsədxanasının teleskopları və orbital zondların birgə çəkilişi nəticəsində əldə olunmuş kadrlarda Günəşin orbitinin yaxınlığında hərəkət edən müəmmalı obyekt görünür. Bəzi ekspertlərin dediklərinə görə, həmin obyekt uçan naməlum obyektdir (UNO). Orbital zondun çəkdiyi görüntülər onlayn rejimdə internetdə translyasiya olunurdu. Lakin bu obyekt görünəndən dərhal sonra NASA translyasiyanı dayandırıb. NASA olayla bağlı heç bir rəsmi açıqlama verməyib.
Uçan naməlum obyekt Günəşə yaxınlaşır
•
•