Moskvada böyük xalq gəzintisi (VİDEO)

Mayın 13-də Moskvada «Nəzarət gəzintisi» adlı aksiya keçirilib. Aksiyada Rusiyanın tanınmış ədəbiyyatçıları iştirak edib. Onlar hakimiyyətin icazəsi olmadan gəzməyə çıxmağın mümkün olub-olmadığını yoxlamaq istəyiblər.

Gəzintiyə çıxan yazıçılar arasında Boris Akunin, Eduard Uspenski, Dmitri Bıkov, Viktor Şenderoviç də olub. Onların yürüş etdiyi ərazilərdə nəqliyyatın hərəkəti dayanıb.

Polisin verdiyi məlumata görə, aksiyada 2 minə yaxın adam iştirak edib. Vətəndaş cəmiyyəti fəalları isə bu rəqəmin 10-15 min arasında olduğun bildirib.

Aksiyanın məqsədi diqqəti mayın 6-da keçirilmiş «Milyonların marşı» aksiyasından sonra baş vermiş kütləvi həbslərə çəkmək olub (“Azadlıq” radiosu).