Obama Türkiyə ilə İsraili barışdıracaq

ABŞ prezidenti həmin ölkələrin müdafiə nazirlərinin gizli görüşünə çalışır

İsrail televiziyası “Chanel 10” ABŞ prezidenti Barak Obamanın bağlı qapılar arxasında Türkiyə ilə İsrailin əlaqələrini düzəltmək üçün çalışdığını bildirib. Kanalın İsrail və ABŞ rəsmilərinə istinadən vediyi məlumata görə, Qəzza bölgəsinə yardım aparan “Mavi Mərmərə” gəmisinə basqından gərginləşən Ankara-Təl Əviv münasibətləri qısa müddət ərzində normallaşacaq.

Xəbərdə deyilir ki, amerikalı rəsmilər Türkiyənin müdafiə naziri İsmət Yılmazın israilli həmkarı Ehud Barak arasında görüşün baş tutmasına çalışır. “Chanel 10” Obamanın iki ölkə arasında əlaqələrin normallaşdırmasının bir səbəbi kimi ABŞ prezidenti Barak Obamanın Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətlərinin olmasını göstərib. İkinci səbəb isə odur ki, İsrailin müdafiə naziri Ehud Barak və onun yeni təyin olunmuş müavini Şaul Mofaz Türkiyə ilə əlaqələrin normallaşmasını istəyir.

Əlavə edək ki, Ehud Barak ötən il “Mavi Mərmərə” basqınına görə İsrailin Türkiyədən üzr istəməyə hazır olduğunu söyləsə də, baş nazir Binyanin Netanyahu və həddindən artıq sağçı xarici işlər naziri Aviqdor Liberman isə buna qarşı çıxmışdılar. “Chanel 10” bildirib ki, bir neçə gün öncə qurulan yeni hökumətdə kiçik partiyaların təsirini itirməsiyə Ehud Barak və Şaul Mofaz daha çox nüfuz qazanıb. Bu durum isə Ankara ilə əlaqələrin normallaşmasının önünü açıb.

azadliq.info