ulduz fali

Günün ulduz falı (12.05.12)

QOÇ
“Qoç”lar bu gün onlardan asılı vəziyyətdə olanlara qarşı diqqətli olmalıdılar. Rahat ola bilərsiniz, həyatınızda dəyişikliklər yaxşılığa doğru gedəcək. Əvvəllər sizə dəstək olmayan adamdan kömək ala bilərsiniz.
BUĞA
Naməlum səbəbdən yaranan fikir ayrılığı ortadan qalxmaq üzrədir. Həmin adamla münasibətlərinizi bərpa etmək imkanınız olacaq. Planlaşdırmadığınız səfər gözlənilir. Bu səfər istədiyiniz nəticəni verməsə də, əhvalınızın yüksəlməsinə səbəb olacaq.
ƏKIZLƏR
Həyatınızı kökündən dəyişmək istəyi ürəyinizdən keçəcək. Tələsməyin! Günün hadisələri konkret hərəkətə keçməyi deyil, düşünməyi tövsiyə edir. Verdiyiniz vədləri unutmayın. Özgələrin probleminə ciddi yanaşma tərziniz ətrafdakılarla münasibətinizi saxlamağa yardımçı olacaq.
XƏRÇƏNG
Bu gününüz emosional həyəcanla bağlı olacaq. Məlum olacaq ki, sizin bir çox istəkləriniz reallıqdan uzaqdır. Gec deyil, bütün həyatınızı dəyişə bilərsiniz, bu gün çətin situasiyadan itkisiz ötüşə bilərsiniz. Gün diskussiyalarla zəngindir.
ŞIR
Gün xoşagəlməz sürprizlərlə doludur. Baş verənlərə aqressiv münasibət bəsləyəcəksiniz. Nəticədə kömək və dəstək gözlədiyiniz adamla münasibətinizi korlayacaqsınız. Ailəli “Şir”lərin övladlarıyla əlaqədar problemi olacağı gözlənilir.
QIZ
Gün təhlükəli eksperimentlərlə, situasiyayla bağlı olacaq. Özünüzə inamlısınız, bu da məqsədə çatmaq üçün şans deməkdir. Aktiv istirahətə, fiziki işə ehtiyacınız var. Ətrafdakılar sizi düzgün anlamayacaqlar. Səbrlə öz doğruluğunuzu isbatlayacaqsınız.
TƏRƏZI
Gün bir sıra xoş sürprizlər bəxş edəcək. Gözlənilmədən maraqlı şəxslərlə görüşünüzün olacağı və ya qiymətli hədiyyələr alacağınız ehtimal edilir. Çoxdankı arzunuzu reallaşdırmaq imkanınız olacaq. Əks cinsin nümayəndələrilə dil tapmaqda çətinliyiniz yaranacaq.
ƏQRƏB
Başladığınız işləri tamamlamaq və çoxdan qurduğunuz planlarınızı reallaşdırmaq üçün münasibdir. Öz gücünüzə inanın, köməkçilərinizə nəzarət edin. Günün ikinci yarısında stresli situasiya istisna edilmir.
OXATAN
Bir sıra məsələlərin həlli vaxtınızı alacaq. Ətrafdakıların sizin qayğı və diqqətinizə ehtiyacı var. Planlaşdırmadığınız məsrəflər gözlənilir. Axşama kimi bürcün nümayəndələri çox işlər görsələr də, əylənməyi də unutmayacaqlar.
OĞLAQ
Gün böyük miqyaslı işlərin reallaşması baxımından münasib sayılır. Bu gün çox işə nail ola bilərsiniz, əlbəttə ki, səy göstərsəniz. Romantik əhvala köklənəcəksiniz deyə, asanlıqla münasibət quracaqsınız.
DOLÇA
Gün xırda problemlərin həllilə bağlıdır. Ətrafdakılar sizin hərəkətlərinizi anlamayacaqlar. Onlar bu problemləri həll etmək üçün bu qədər vaxt itirməyinizə qəribə yanaşacaqlar. O üzdən də kifayət qədər tənqid və iradlar eşidəcəksiniz, amma buna çox əhəmiyyət vermək lazım deyil.
BALIQLAR
“Balıqlar” narahatlıq keçirəcəklər. Olayların səbəbini tapmaq üçün olanlarla bağlı dərindən düşünməyiniz vacibdir. Təmkinli və soyuqqanlı olmaq üçün tibbi müdaxiləyə ehtiyac yaranacaq.