Bakıda mayın 10-da Heydər Əliyevin ad günü ilə əlaqədar təşkil edilən “Gül bayramı” zamanı səmaya buraxılan hava şarları Xutor qəsəbəsi ərazisində yerə düşüb. Şarlar Ziya Bünyadov prospektində, tikilməkdə olan yeni prezident iqamətgahının hasarına yaxın məsafədə yerə çırpılıb. Onlardan biri iqamətgahın içərisinə, digəri isə hasara bitişik avtomobil yoluna düşüb. Xoşbəxtlikdən avtomobillərə və ya piyadalara xəsarət dəyməyib.
Xatırladaq ki, ərazi avtomobillərin və piyadaların intensiv hərəkət etdiyi yerdir.
Hava şarlarının yerə çırpılması sakinlərin marağına səbəb olub, ona tamaşa etməyə çoxlu adam toplaşıb. Mənzərə həvəskar kameralarla qeydə alınıb.
“Gül bayramı”nın hava şarları İlham Əliyevin yeni iqamətgahına düşdü
•
•