GAMOH lideri bunu Iranın Azərbaycana düşmənçiliyi sayır
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı rəsmi Tehranın Təbrizdə Azərbaycan əleyhinə keçirdiyi aksiyaya etiraz bəyanatı yayıb.
Mayın 8-də keçirilən aksiya Azərbaycan dövlətçiliyinə və müstəqilliynə qarşı çirkin və düşmən qəsdi kimi dəyərləndirilir. Bu aksiyaya adamların cəlb edilə bilməsi üçün rəsmi Tehran dini öz çirkin əməllərinə alət etməkdə ittiham edilir. Iranın müsəlman təəssübü çəkməsinin yalan olmasına işğal edilən Azərbaycan torpaqlarında məscidlərin dağıdılmasına, Taciksitanda məscidlərin meyxanaya çevrilməsinə səssiz qalması gösətirilir. Iranın müsəlman təəssübü çəkməsinin yalan olması həm də əhalisinin 60%-i türklər olan Iranda bu insanların elemantar hüquqlardan məhrum olması faktı ilə rəsmi Tehranın üzünə çırpılır.
Azərbaycanın Güneyində milli hərəkat, Qüzeyində dövlətçilik möhkəmləndikcə rəsmi Tehranın türk-Azərbaycan düşmənçiliyini gücləndirməsi qeyd edilir, bu aksiya da həmin düşmənçiliyin göstəricisi adlandırılır. Irandakı totalitar, diktator və irticaçı rejim Iran xalqları və xüsusilə 35 milyon Güney Azərbaycan türkləri tərəfindən devrilərək tarixin zibilliyinə atılacağı bəyan edilir.
Güney Azərbaycan türklərinin Quzey Azərbaycanı düşmən önündə yalqız qoymayacağı vurğulanır.