Azərbaycanda dövlət mülkiyyətində olan obyekt növbəti dəfə inanılmaz qiymətə hərraca çıxarılıb.
Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 5-də Sumqayıt şəhəri, Z.Hacıyev küçəsi, 79 ünvanında yerləşən, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeçiliyindəki “Vüsal” firma mağazası hərraca çıxarılacaq. Sahəsi 174.1 kvadrat metr olan mağazanın start satış qiyməti 15 min 721 manat, ilkin satış qiyməti 13 min 363 manatdır.
Xatırladaq ki, Sumqayıtda 1 kvadrat metr mənzilin qiyməti 400-500 manat arasında dəyişir. Ticarət obyektlərində isə qiymət daha yüksəkdir…