Bu haqda Suriya Milli Şurasının lideri Burxan Qəlyun bəyanat verib. O, Suriya hökümətini sülh yaratma planının sabotaj etməkdə günahlandırıb. “Rejim Kofi Annan planını yeni metodla – terrorizmlə məhv etməyə çalışır” deyərək, “Əl-Ərəbiyə” kanalına bildirib. Onun fikrinə görə, Əsəd rejimi İraq və Əl-Qaidə ilə sıx əməkdaşlıq edir.
10 mayda Suriyada 55 adamın ölümünə, 170 nəfərin yaralanmasına səbəb olmuş seriya partlayışlar baş vermişdi. BMT-in Suriya üzrə xüsusi səfiri Kofi Annan partlayışları qınamış və bunun sülh prossesinə mane olduğunu bildirmişdi.
azadliq.info


