Heydərovla Əyyubov Türkiyə şirkətinə qarşı

«Jalə» və «Vitamin» şirələrinin rəqibi «Dimes» ölkəyə buraxılmır

Türkiyənin istehsal etdiyi “Dimes” şirələri ölkəyə buraxılmır. Bu barədə “Azadlıq”a adının çəkilməsini istəməyən sahibkarlardan biri məlumat verib. Onun sözlərinə görə, hazırda topdansatış məntəqələrindəki “Dimes” şirələri köhnə partiyadan qalmadır:
“Yeni partiya şirələrin gətirilməsinə isə Dövlət Gömrük Komitəsində maneələr yaradılır. Gömrük komitəsi heç bir izahat verməsə də, biz öyrənmişik bunun arxasında ciddi səbəblər dayanır”. Sahibkar bildirib ki, “Dimes” ölkəyə gətirilməsinə maneələr “Jalə” və “Vitamin” şirələrinin bazarda rəqibsiz qoymaqdır. Oxucuların diqqətinə çatdıraq ki, “Jalə” şirələri fövqəladə hallar naziri Kəmaləddin Heydərova, “Vitamin” isə prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova məxsusdur.

Informasiya şöbəsi