“Guardian” Əliyevə “ilişdi”

Britaniya qəzeti Azərbaycan rəhbərinin açıqlamasını lağa qoydu

Böyük Britaniyada yayımlanan dünyanın nüfuzlu qəzetlərindən biri “The Guardin” Azərbaycan rəhbəri İlham Əliyevin ciddi açıqlamalarını ironik formada təqdim edib. Qəzetin son xəbərlər barədə hazırladığı qısa açıqlamalardan ibarət “Shorter cuts” bloqunda dünyanın şou əhlinin yaxın günlər ərzində səsləndirdiyi açıqlamalından bəzilərinə yer verilib. Xəbərin diqqətçəkən məqamı ondan ibarətdir ki, “The Guardian” həmin bloqa İlham Əliyevin açıqlamalarını da yerləşdirib.

“Shorter cuts”da İlham Əliyevin Azərbaycan hakimiyyətini insan haqları və söz azadlığının durumuna görə tənqid edən beynəlxalq təşkilatların ünvanına səsləndirdiyi ittihamlara zarafatyana şərh edilib. Blog yazısında qeyd olunur ki, bu il “Eurovision”a ev sahibliyi edəcək Azərbaycan insan haqlarına görə tənqidlər qarşısında özünü müdafiə etmək xətti tutub. İlham Əliyev bəzi qurum və şəxslərin Azərbaycanın uğurlarına qısqandığını bildirib. Bloqda Əliyevin açıqlaması belə şərh olunub: “Deyəsən, “Human Rights Watch” və “Amnesty International” təşkilatlarında qısqanclıq hisləri baş qaldırır”.