Türkiyədə 11 general həbs olundu

Onlar 1997-ci il 28 fevral sivil çevrilişdə iştirkda şübhəli bilinir

Xüsusi səlahiyyətli Ankara Prokurorluğunun icra etdiyi “28 Fevral 1997-ci il sivil çevriliş” işinin istintaqı çərçivəsində növbəti həbs dalğası həyata keçirilib. İstintaqın son dalğasında həbs edilən 17 şübhəlidən 15-i prokurorluqda ifadə verdikdən sonra onlar barəsində həbs qərarı çıxarılması üçün məhkəməyə göndərilib. Ankara 11-ci Ağır Cəza Məhkəməsi 15 şübhəlidən 11-nin həbsi barədə qərar çıxarıb.

Həbs olunmasına qərar verilənlər arasında fəaliyyətdə və istefada olan generallar da var. Məhkəmə təqaüddə olan polkovniklər Erkan Yaykır, Arda Karatlı, polkovnik-leytenantlar Asim Hücum və Abdulla Hoşgürün zaminə buraxılması barədə qərar verib.

azadliq.info