Suriyaya sülhməramlılar göndərilir

İtaliya hökuməti ölkəyə 17 hərbçinin göndərilməsi haqda qərar verib

Suriyada gərginlik davam edir. BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan hazırladığı sülh planının ölkədə vətəndaş müharibəsinin yaşanmaması üçün son şans olduğunu söyləyib. Ölkədəki vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına məlumat verən Annan Bəşər Əsəd rejiminə bağlı əsgərlərin şəhərlərdə və ətraf bölgələrdə qaldığını bildirib. O, ölkədə davam edən zorakılıq hallarının qəbuledilməz həddə çatdığını deyib.
Bundan başqa, Suriyanın Dəraa şəhərində orduya məxsus yük maşını ilə BMT müşahidəçilərinin avtomobil karvanı arasında partlayış baş verib. Partlayış nəticəsindən 6 suriyalı hərbçi yaralanıb. BMT müşahidəçilərinin avtomobil karvanında missiyanın birinci rəhbəri, Norveç silahlı qüvvələrinin general-mayoru Robert Mud da olub. Beynəlxalq müşahidəçilərdən xəsarət alan olmayıb. Onları müşayiət edən jurnalistlər də xəsarət almayıb. Bu arada Italiya hökuməti Suriyaya BMT-nin missiyası tərkibində 17 sülhməramlı göndərməyə qərar verib.
“RIA Novosti”nin xəbərinə görə, 5 Italiya sülhməramlısı gələn həftə Suriyaya yola düşəcək.