Hərbi kəşfiyyatın binası hədəf alındı: 55 ölü, 175-dən çox yaralı
Suriyanın paytaxtı Dəməşqdə bu səhər iki güclü partlayış baş verib. Partlayışlar nəticəsində 55 nəfərin həlak olduğu, 175-dən çox insanın yaralandığı deyilir. Dövlət televiziyası partlayışların Suriya hərbi kəşfiyyatına aid binanın olduğu Kazaz məhəlləsində baş verdiyini bildirib. Partlayışlar səhər saatlarında törədildiyindən daha çox iş və məktəbə gedənlərin xəsarət aldığı söylənilir.
Rəsmi dairələr olaylara görə “terrorçu” qruplaşmaları günahlandırıb. Müxalifət isə partlayışların Əsəd rejimi tərəfindən törədildiyini və ölkədə olan BMT müşahidəçilərini aldatmaq niyyəti daşıdığını bildirib. Müxaliflərin fikrincə, hakimiyyət beynəlxalq birliyə terrorçuları “məhv etmək lazımdır” mesajı vermək istəyir.


