
ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca Hollivud ulduzları da prezidentliyə namizədlərə dəstək verməyə başlayıblar. Obamanın seçki kampaniyasına dəstək olaraq məşhur aktyor Corc Kluni yardım kampaniyası keçirib. Prezidentin iştirakı ilə təşkil edilən axşam yeməyinə birinin qiyməti 40 min dollar olmaqla, 150 bilet satılıb. Kluni yardım kampaniyasında 10 milyon dolların toplandığını və bu məbləğin daha əvvəl toplanılan məbləğlərdən iki dəfə artıq olduğunu bildirib.
Aktyor təkcə axşam yeməyi ilə kifayətlənməyib. İnternet vasitəsilə aparılan “Obama, Kluni və sən” kampaniyası ilə vətəndaşlardan pul toplayıb. ABŞ mediası toplanılan ümumi məbləğin 12 milyon olduğunu bildirir.

Hollivud aktoyolarından Leonardo Dikaprio, Bred Pit, Skarlet Yohanson, Halli Berri, Riz Viterspun, rejissor Stiven Spilberq Obamanın dəstəkçiləri sırasındadır. Onun rəqibi Romniyə az sayda aktyor dəstək verir.
azadliq.info


