“Dəyisiklik indidir”
Ayəndə Mürsəliyeva
Fransada, faktiki olaraq siyasi hakimiyyətin mahiyyət dəyisikliyi baş verdi. Hakimiyyətə tamam başqa siyasi ideologiya gəldi.
Amma çox maraqlı bir məqam: ölkədə keçirilən ictimai sorguların nəticəsi seçkilərin nəticəsi ilə ust-üstə düşdü. Mənim ücün çox maraqli gəlirdi bu prosesi izləmək: qanunlarin hakim oldugu bir cəmiyyətdə secki necə kecirilirdi. Diktatura rejimində yaşamış, ölkəsində normal secki şəraiti görməyən birisinin 4 aya qədər davam edən bu prosesi daha “acgözlüklə” izləməyi təbiidir. Qanunlarin hakim olduğu cəmiyyətdə seçki mədəniyyəti də var, xalqin seçimindən başqa seçimin ağlagəlməzliyi də. Namizədlərin bir-birinə necə hörmətlə yanaşmasını sezməmək olmur. “Özgürlük, eşitlik,qardaşlığ”ın dünyanın ilk demokratik dövləti olan Fransada əyani sübutunu hər zaman görmək mümkündür.
Fransızların Sarkoziyə qarşı simpatiyasi artıq azalmışdı. Əliyevlər hakimiyyətinə yaxınlığı ile tanınan Sarkozi dönəmi artiq bitdi. Amma yalnız Əliyevlərə deyil. Seçkiyə az qalmış, yerli medyada Sarkozinin Müəmmər Qəzzafi ilə maliyyə əlaqələrinə aid şok məlumatlar onun iddialarının bitirilməsində müstəsna rol oynadı.
İndiyə qədərki bütün prezidentlərdən fərqli olaraq, o, prezidentliyin ikinci dönəminini qazana bilmədi.Sosialistlərin namizədi olan Hollande Sarkozini geridə qoyaraq, 51,90%- lə 5 ci respublikanin 7-ci prezidenti seçildi.
Sarkozi son çıxışı zamani məğlubiyyətini anladığını və Hollandı telefonla arayib tebrik etdiyini söylədi.Hətta, tərəfdarlarının sosialist namizədə etiraz etməsinə, “kötü örnək olmayalım” deyərək sərt munasibət göstərdi. Budur Demokratiya! Cənab İlham Əliyev bu örnəkləri görün! Axı, ən azından Sarkozi sizin ailə dostunuz sayılır…
Şan-şöhrət peşində olanlar…
İndi çoxlarının verdiyi suallardan biri də, Mehriban Əliyevaya verilən medalın taleyi necə olmasıdır. Fransanın Bakidaki səfiri alman həmkarını dəstəkləyərkən belə bir medalın mövcudluğunu vecinə də almadı. Hakimiyyətdəkilər isə bu medala təzim edərək Fransa səıfirinə qarşı çıxmağa cəsarət etmədilər.
Hakimiyyət dəhlizlərində gəzən bütpərəstlər elə bilirlər ki, bu medal adama qənim olacaq qədər mistik gücə malikdir.
Seçki nümunəsini Azərbaycana gətirin!
Hakimiyyətdəkilərin bütün dünyanı, eləcə də Avropanin hər tərəfini dolaşdığını nəzərə alsaq, düşünməmək mümkün deyil ki, bu adamlar niyə bu dəyərləri Azərbaycana tətbiq etmək haqqında düşünmürlər. Dünya bunlardan nə qədər uzaqdır? Və ya bunlar özlərini dünyadan nə qədər uzaqlaşdırıblar. Ən azı, Bəşər Əsəd qədər.
Yoxsa Çovdar fəlakətlərini nə ilə izah etmək olar ki?
Qızıl üzərində yaşayan o kəndin sakinləri bilgisizliklə girov alınmış, zombiləşdirilmiş insanlardır və Əliyevçilik insanları bu günə salıb idarə etmək məharətindən başqa heç nə deyil.
Fransadakı seçkiləri izləməsə də, İlham Əliyevin Çovdar görüntülərini izlədiyinə zərrə qədər də şübhə etməyin. Onun hansı hissləri keçirdiyi maraqlıdır.
Hakimiyyətdəkilərdən və hakimiyyətə yarinanlardan bu məsələ ilə bağlı hər hansı ufacıq açıqlama belə gəlmədi.Əslində, kimsə buna cəsarət göstərmədi.Bir sata görə Azərbaycana od vurmaq əzmini nümayiş etdirənklər ölkənin qızıl yataqlarının necə talandığını görüb kibriti də yaddan çıxardılar, özlərini də və getdilər sadə, təvazökar həyatın önündə səcdəyə…