“NIDA” Vətəndaş Hərəkatı Çovdar qızıl yatağının Ilham Əliyevin qızlarının şirkətinin istismar etməsi ilə bağlı kampaniyaya start verib. “NIDA” Vətəndaş Hərəkatı Çovdar qızıl yatağı ilə bağlı “president.az” saytına kütləvi məktub yazılmasını təklif edir. Hərəkat eyni zamanda dövlət başçısı Ilham Əliyevə ünvanlanacaq müraciətin mətnini də hazırlayıb. Məktubda deyilir:
“Cənab Prezident!
“Azadlıq” radiosunun araşdırması sübut etdi ki, Azərbaycanın ən iri qızıl-gümüş yataqlarından biri olan Çovdar yatağını işlədən şirkətlərdən birinə sizin qızlarınız – Arzu və Leyla başçılıq edirlər. Bu hal hüquqi dövlətdə korrupsiya və vəzifədən sui-istifadə sayılır.
Ölkəmizdə beynəlxalq müsabiqələrin keçirildiyi zamanda, elan etdiyiniz yüksək iqtisadi inkişaf şəraitində rüşvətxorluğun zirvəsi ola biləcək bu hal demokratiyaya ağır zərbədir.
Mən Azərbaycan Respublikasının vətəndaşı olaraq, Sizdən tələb edirəm ki, Azərbaycanın nüfuzuna zərbə olan bu biabırçı olayla bağlı məlumat verəsiniz və baş vermiş pozuntu ilə əlaqədar tərəddüd etmədən ən yaxın adamlarınız daxil olmaqla bütün təqsirkarların məsuliyyətə cəlb olunmasına şərait yaradasınız”.
İlham Əliyevə “qızıllı” suallar
•