Zaqatalada baş vermiş zəlzələnin nəticələrini aradan qaldırılmaq məqsədilə 20 milyon manat ayrılıb. Bu barədə “AzərTAc”a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər. Məlumatda deyilir ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün 2012-ci il dövlət büdcəsinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrılıb.
Zaqataladakı zəlzələyə görə FHN-ə 20 milyon ayrıldı
•