İki vicdan məhbusunun işi məhkəmədə

14 saylı cəzaçəkmə müəssisədə saxlanılan vicdan məhbusları- Məhəmməd Məcidli və  Babək Həsənov vaxtından əvvəl azadlığa çıxmaları üçün məhkəməyə müraciət ediblər. M. Məcidli cəzasının üçdə birini, Babək Həsənov isə yarısını çəkdiyindən qanunun verdiyi imkandan yararlanmaq fikirindədirlər. Qanun belə bir halı nəzərdə tutur.
Məhkəmənin keçiriləcəyi vaxt hələ bəlli deyil.
Adı çəkilən vicdan məhbusları İctimai Palatanın 2011-ci il aprelin 2-də müxalifətin Bakıda keçirdiyi etiraz aksiyasına görə tutulublar. Səbail rayon məhkəməsi Babək Həsənov 1 il 6 ay, Məhəmməd Məcidli isə 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hər iki vicdan məhbusu Qarabağ qazisidir.

Informasiya şöbəsi