14 saylı cəzaçəkmə müəssisəsində məhbəs həyatı yaşayan AXCP Rəyasət Heyətinin üzvi, vicdan məhbusu Şahin Həsənli də aclıq aksiyasına qoşulacaq.
Bu barədə “Azadlıq”a məlumatı vicdan məhbusunun həyat yoldaşı Zülfiyyə Həsənli verib. Onun sözlərinə görə, dünən Şahin Həsənliylə görüşüb: “Şahinin əhval-ruhiyyəsi, mübarizə əzmi yerindədir. Ancaq səhhətində müəyyən problemlər hələ də qalmaqdadır. Buna baxmayaraq aclıq aksiyasına qoşularaq əqidədaşlarına dəstək verəcək”. Həkimlərin rəyinə görə, Şahin Həsənli qasıq yırtığından cərahiyyə əməliyyatı olunmalıdır.
Ramin
Şahin Həsənli, səhhəti imkan verməsə də, aclıq aksiyasına qoşulacaq
•