AXCP İmişlidə güclənir

Rayon şöbəsinin Məclisi keçirilib

Mayın 5-də AXCP İmişli rayon şöbəsi Məclisinin genişləndirilmiş iclası keçrilib. Məclisin işində AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Razi Nurullayev, partiyanın Rəyasət Heyətinin üzvü Mənsum Bayramlı iştirak ediblər. Rayon şöbəsinin sədri Əli Qasımov rayondakı ictimai siyasi vəziyyət və şöbənin fəaliyyəti barədə məlumat verdi.O bildirib ki, rayon ərazisindəki seçki məntəqələri üzrə dayaq dəstələrinin yaradılması işi əsəsən başa çatıb, yerli cəbhəçilər İctimai Palatanın regional təşkilatının işində də fəal iştirak edir. Şöbə sədri məlumat verib ki, son zamanlar partiyanın rayon təşkilatına çoxlu sayda, xüsusən də gənclər üzvlük üçn müraciət edirlər. Daha sonra isə partyaya üzvlük üçün müraciət etmiş 12 nəfər gəncin müraciətinə baxılıb və müsbət qərar qəbul olunub.

AXCP sədrinin siyasi məslələr üzrə müavini Fuad Qəhrəmanlı çıxş edərək ölkədəki ictimai siyasi vəziyyət və partiyanın yerli təşkilatının qarşısında duran vəzifələrlə bağlı fikirlərini bildirib.

Partiya sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev isə Azərbaycanın ətrafında formalaşmış beynəlxalq şəraitin ölkəmizdəki demokartik proselərə müsbət təsiri barədə fikirlərini bölüşüb.

AXCP Rəyasət Heyətinin üzvü Mənsum Bayramov partiya sıralarına yeni qəbul edilmiş gənclərə xitabən AXCP-nin apardığı mübarizə və ölkəmizdə azad, ədalətli cəmiyyətin qurulmasının bu mübarizənin nəticəsindən aslı olduğu barədə danışıb.

İnformasiya şöbəsi